XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 22:18

İran Pakistana birgə əməliyyat keçirməyi təklif etdi –Qaçırılan 14 hərbçi ilə bağlı

İran qaçırılan 14 sərhədçisi ilə bağlı Pakistana birgə əməliyyat keçirməyi təklif edib.

İran KİV-ləri xəbər verir ki, bu barədə İslam Respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzlinin pakistanlı həmkarı Şəhriyar Afridiyə ünvanladığı məktubda bildirilib.

O, məktubunda rəsmi İslamabaddan İran-Pakistan sərhədindəki hərbi zastavalar və sərhədyanı bölgələrə terror qruplaşmalarının hücumları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyib.

“Qarşılıqlı əlaqələr və xoşməramlı qonşuluq prinsipləri əsasında iki ölkə arasında mövcud təhlükəsizlik anlaşması çərçivəsində müsbət nəticə əldə etmək üçün təcili şəkildə birgə əməliyyat apamağa ehtiyac var”, – iranlı nazir vurğulayıb.

İndiyədək qaçırılan sərhədçilərdən heç bir xəbər yoxdur.

Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəddə İranın 14 sərhədçisi qaçırılıb. Bu hadisəni “Ceyşul-Ədl” adlı terror qruplaşmasının törətdiyi bildirilib/Report.