XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 09:47

Rusiya Ukraynada seçkilərdən mühüm nəticə gözləyir –ABŞ-ın elçisi də yaxşı fürsət yaranacağına ümid edir

Birləşmiş Ştatların Ukrayna üzrə xüsusi elçisi Kurt Volker Ukraynanın şərqindəki münaqişənin tezliklə bitirilməsi yönündə elə bir irəliləyiş gözləmədiyini deyir. Çünki onun fikrincə, Rusiya Ukrayna seçkilərində mümkün dəyişiklikləri gözləməkdədir.

“Məncə, Rusiya sonucda qərara gəlib ki, Ukrayna seçkisinin nəticəsini, nə baş verəcəyini gözləsin. Ola bilsin, Rusiyanı daha əlverişli mövqeyə aparacaq yeni fürsət yaranacaq”, – Volker oktyabrın 18-də Vaşinqtondakı Atlantik Şurasında deyib.

Bundan öncə Rusiya prezidenti Vladimir Putin Soçidə demişdi ki, Ukraynada president seçkisindən sonar Rusiyaya daha dostyana yanaşan hökumətin yaranacağına ümid edir. Seçki martın 31-də keçirilməlidir. Putin iddia edib ki, Kiyevin hazırkı rəhbərliyi də sülh danışıqlarında irəliyə hər hansı addım atmazdan öncə seçkini gözləyir.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 10 mindən çox adam həlak olub.

(Azadlıq radiosu)