XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2016 - 10:22

Rusiyada yaşayış binasında partlayış- 40 nəfər dağıntılar altında qalıb

Rusiyanın Yaroslavl şəhərində 5 mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Strateq.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla 4.20-də qaz sızmasından baş verib.

Dağıntılar altında təxminən 40-a yaxın adamın qaldığı ehtimal edilir. Xilasedicilər 4 nəfəri dağıntılar altından çıxara biliblər. Binanın digər sakinlərini evakuasiya etmək üçün 2 helikopter ayrılıb.