XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 14:31

ABŞ konqresmeni:“Amerikaya jurnalistləri qətlə yetirən müttəfiqlər lazım deyil”

 “Amerikaya jurnalistlərə işgəncə verən, onları qətlə yetirən müttəfiqlər lazım deyil”.

Bunu “Newsweek” dərgisində Demokrat konqresmen Eric Svalvell yazır: “Səudiyyə monarxiyası jurnalist Camal Xaşuqci  Türkiyədəki konsulluqda dindirilən zaman başına nə gəldiyini dünyaya açıqlamağa hazır görünmür. Amerika jurnalistlər və tənqidçilərə qarşı avtoritar zorakılığa qarşı dərhal və qətiyyətlə hərəkətə keçməlidir. Prezidentimiz xəbər mediasına ‘xalqın düşmənləri’ kimi hücuma keçdiyindən Konqres insan haqları və azad mətbuatın müdafiə üçün addım atmalıdır”, – konqresmen yazır.

“Tramp ona sual verməyə cəsarəti çatan istənilən şəxsə nifrət edir, lap heyran olduğu qoluzorlu despotlar Vladimir Putin və Kim Çen In kimi. Elə onun jurnalistləri daim qaralaması, eyni zamanda amerikalı jurnalistlərə fiziki hücumların artması məni bu il Jurnalistlərin Qorunması Aktını hazırlamağa sövq etdi”, – yazan müəllifin fikrincə, Trampın jurnalistin itməsiylə bağlı tutduğu mövqe onun bu məsələyə biznes kimi yanaşdığını göstərir. Axı, Səudiyyə Ərəbistanı ABŞ-dan xeyli silah alır…

“Ancaq prezident eləməsə belə, Konqres azad mətbuat və insan haqlarının müdafiəsinə qalxa bilər. Artıq hər iki partiyadan konqresmenlər prezidenti 2016-cı il Qlobal Magnitsky Aktını işə salmağa çağırıb. Bu akt dünyanın istənilən yerində insan haqları pozuntuları, yaxud böyük korrupsiyaya yol verənlərə viza qadağası, sanksiyalar tətbiq etməyə imkan verir”, – konqresmen vurğulayıb. (Azadlıq Radiosu)