XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 10:46

Rusiya və Səudiyyənin nazirləri görüşəcək- Neftə görə

Bu gün Rusiyanın Energetika naziri Aleksandr Novak səudiyyəli həmkarı Əli Əl-Nəimi ilə qeyri-rəsmi danışıqlar aparacaq.

Marja.az "Bloomberg"ə istinadən xəbər verir ki, görüş üçün Qətərin paytaxtı seçilib. Tərəflər neft hasilatının azaldılması imkanlarını müzakirə edəcəklər.

Bir müddət əvvəl Venesuelanın Neft naziri Eulogio Del Pino Rusiya, İran, Qətər və Səudiyyə Ərəbistanına səfər etmişdi.

Venesuelanın Neft naziri də keçirdiyi görüşlərdə hasilatın azaldılması barədə müzakirələr aparmışdı. Qeyri-rəsmi məlumatlara görə, Rusiya, Qətər və Səudiyyə Ərəbistanı hasilatı cari səviyyədə dayandırmaqda həmfikirdirlər.