XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 October 2018 - 19:00

Tramp Meksika ilə sərhədə ordu göndərəcəyi ilə hədələdi –ABŞ miqrant axınının qarşısını ala bilmir  

Prezidenti Donald Tramp Meksikaya Mərkəzi Amerikadan gələn minlərlə miqrantın qarşısını almasa Birləşmiş Ştatların cənub sərhədinin bağlanması üçün oraya ordu göndərəcəyi ilə hədələyib.

Miqrant məsələsi yəqin ki, Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun bu gün Mexiko şəhərində vəzifə müddəti başa çatmaqda olan Meksika prezidenti Enrike Pena Nieto ilə görüşü zamanı müzakirə olunacaq.

Bir neçə həftə əvvəl, Birləşmiş Ştatların Montanada keçirilən ara seçkilərinə həsr edilmiş yürüşdə etdiyi çıxışı zamanı Donald Tramp qeyri-qanuni miqrantların ölkəyə axınında Demokratları günahlandırıb.

Cümə axşamı Meksika özünün Qvatemala ilə sərhədinlə minlərlə əlavə polis işçisi göndərib.

Donald Tramp əvvəlcə Meksikaya, oradan da Birləşmiş Ştatlara girəcək 3 minə qədər honduraslı arasında cinayətkarların da olduğunu deyib. ABŞ prezidenti miqrantlarının qarşısını almadığı təqdirdə Hondurasa yardımı dayandıracağı ilə hədələyib. (Amerikanın Səsi)