XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 19:12

General Zolotov müxalifətçi Navalnının qabağından qaçdı:“Mən onu ayrı döyüşə dəvət etmişdim”

Bu gün Rusiyada gündəmin əsas mövzusu həbsxanadan çıxan rusiyalı müxalifətçi Aleksey Navalnının Ruisya milli qvardiyasının komandanı, general-polkovnik Viktor Zolotova videomüraciəti olub.

A.Navalnı həmin videomüraciətdə general Zolotovun təxminən 2 ay bundan qabaq onun haqqında söylədiklərinə cavab verib.

Xatırladaq ki, Viktor Zolotov Aleksey Navalnını onu haqqında böhtan yaymaqda və qəsdən yalan məlumatlar verməkdə təqsirləndimişdi.

Zolotov üstəlik rusiyalı müxalifətçiyə olduqca qeyri-adi tərzdə haqq-hesab çürütməyi təklif etmişdi. Belə ki, rus general Putinin ən sərt tənqidçisini fiziki duelə çağıraraq ondan yağlı tikələr düzəldəcəyini bildirmişdi.

Navalnı bu günkü cavabında Zolotov haqqında əvvəl nə demişdisə hamısını, onun “oğru” olması, ailəsinə qeyri-qanuni olaraq milyardlarla pul qazandırması, maaşına uyğun olmadığı halda Moskva ətrafında özü və yaxınları üçün bahalı bağ evləri, Moskvanın mərkəzində elitar binalarda mənzillər almasını, milli qvardiya üçün bazar qiymətini qat-qat üstələyən qiymətlərlə ərzaq tədarük etdirməsini bir-bir təkrarlayıb.

Aleksey Navalnı Zolotovun duel təklifinə özünəməxsus orijinallıqla cavab verib. O, köhnə dövrlərdə duelə çağırılanın yer və silah seçimində birinci olduğunu xatırladaraq onu federal kanallardan birində teledebata dəvət edib.

Viktor Zolotov isə Navalnını idman yarışına çağırdığını söyləyərək debat təklifindən qaçıb. “Hələ işlə bağlı məhkəmə gedir. O bitdikdən sonra biz bu məsələyə qayıdacağıq”, – Zolotov jurnalistlərin israrlı suallarına cavab verib.