XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2018 - 11:55

Qırğızıstanın sabiq prezidentinin müşaviri Rusiyadan ekstradisiya edilib- Bişkekə göndərilib

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin müşaviri Rusiyadan ekstradisiya edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, İkramjan İlmiyanov Moskvada həbs olunaraq Bişkekə göndərilib.

“Şahidlərin sözlərinə görə, o, təyyarədə mülki geyimli adamların müşayiəti ilə əli qandallı aparılıb”, – xəbərdə qeyd olunub.

İstintaqın məlumatına görə, İ.İlmiyanov 150 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək axtarışda olub.