Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlik açıqlanmır.
Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.