XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Oktyabr 2018 - 11:06

Yaponiya xarici işlər naziri:"Jurnalistin ölümü hərtərəfli araşdırılmalıdır"

Yaponiyanın xarici işlər naziri Taro Kono Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçının qətli haqqında işin hərtərəfli araşdırılmasına çağırıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Danimarkada səfərdə olan T.Kono hadisəni şərh edərkən deyib: “Bu böyük təəssüf hissi doğurur. Biz baş vermiş hadisənin hərtərəfli araşdırılmasına və ədalətli, aşkar cavab tədbirlərinin görülməsinə çağırırıq”.

Xatırladaq ki, C.Kaşıkçı 2017-ci ildən ABŞ-ın “Washington Post” qəzetinin icmalçısı işləyib və bu ölkədə yaşayıb. Məhəmməd Ben Salman vəliəhd-şahzadə təyin edildikdən sonra o, Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarını tənqid edib.

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna təkrar evlənmək üçün sənədlərin ardınca gələn C.Kaşıkçı Türkiyədə yoxa çıxıb. Onunla birlikdə səfirliyə gələn nişanlısı, Türkiyə vətəndaşı konsulluğa daxil olmaq istəsə də ona icazə verilməyib. Beş saata yaxın bir müddətdə C.Kaşıkçını gözləyən xanım polisə müraciət edib. Yalnız bundan sonra C.Kaşıkçının konsulluğu tərk etdiyi bildirilib.

İki həftə ərzində Səudiyyə Ərəbistanının Türkiyədəki diplomatik missiyasının rəhbərliyi jurnalistin konsulluğu tərk etdiyini bildirib. Eyni zamanda, C.Kaşıkçının yoxa çıxmasından bir gün sonra Bloomberg agentliyinə müsahibə verən Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi bildirib ki, jurnalist konsulluğu sağ-salamat tərk edib və o, krallığın ərazisində yoxdur.