XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 Oktyabr 2018 - 13:05

Bruno Le Meyr:"Müttəfiqləri nəzərə almadan qəbul ediləcək qərarlar nəticəsiz qalacaq"

Berlin, Roma, Paris və Brüsseldə qəbul edilən bütün qərarlar bizə və avrozonanın digər ölkələrinə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Meyr gələn il İtaliyanın büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) olan nisbətini 2,4 faiz qaldırmağı nəzərdə tutan büdcə layihəsi haqqında verilən suala cavab olaraq “Radio Classique”ə bildirib.

O, dövlətlərin vahid valyutaya sahib olan digər ölkələri nəzərə almadan qərarlar qəbul edəcəyi təqdirdə avronun sarsılma riski olacağı barədə xəbərdarlıq edib.

“Müttəfiqləri nəzərə almadan qəbul edilən qərarlar nəticəsiz qalacaq. Onlar avrozonanı zəiflətməkdən başqa bir şey etməyəcəklər”, – deyə Fransanın iqtisadiyyat və maliyyə naziri qeyd edib.