Tayvanda qatarın relsdən çıxması nəticəsində 18 nəfər ölüb.
Trend-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 160 nəfər yaralanıb.
Taybeydən Tayduna hərəkət edən qatar relsdən çıxıb, daha sonra onun 5 vaqonu aşıb. Qəza zamanı qatarda 366 nəfər olub. Hadisə yerində xilasetmə əməliyyatı aparılır, xilasedicilərə 120 hərbçi köməklik göstərir.
Vaqonlarda qalan sərnişinlərin dəqiq sayı məlum deyil.