XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 Oktyabr 2018 - 20:42

Qazaxıstanda gənc qadın jurnalistin meyiti tapılıb- FOTO

Qazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları “Facebook”da məlumat veriblər.

Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.