XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 Oktyabr 2018 - 21:43

Türkiyə jurnalistin qətli ilə bağlı sübutları təqdim edəcək- Açıqlama

Türkiyənin Ədalət və İnkişaf partiyası sədrinin müavini Numan Kurtulmuş səudiyyəli jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar aparılan araşdırmanı şərh edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Kurtulmuş Türkiyənin heç zaman Camal Xaşoginin qətlində müqəssirləri və sübutları gizlətməyəcəyini bəyan edib: “Səudiyyə Ərəbistanı administrasiyası, günahı sübut olunacağı təqdirdə, yaxasını kənara çəkə bilməyəcək”.

Kurtulmuşun sözlərinə görə, Türkiyə hökuməti Xaşoginin qətlinin sübutlarını bütün dünyaya təqdim edəcək. O bildirib ki, istintaq artıq başa çatmaq üzrədir.