XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 Oktyabr 2018 - 13:01

Berlin, Paris və London Ər-Riyaddan izahat tələb edir:“Camal Xaşuqcinin qətli necə baş verib?”

Səudiyyə Ərəbistanı izahat verməlidir ki, bu ölkənin İstanbuldakı baş konsulluğunda jurnalist Camal Xaşuqcinin qətli necə baş verib və bu izahat “ tutarlı faktlara əsaslanmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu tələb Fransa, AFR və Böyük Britaniyanın bəyanatında yer alıb. Sənəddə, həmçinin deyilir: “Biz bildiririk ki, həqiqətin hərtərəfli, şəffaf və etibarlı əsasda müəyyən olunması üçün əlavə səylər göstərilməsi vacibdir. Biz baş verən hadisə barədə təqdim olunan izahatı əsas götürərək, bu biabırçı hadisənin bir daha təkrarlanmaması üçün yekun mühakiməsi yürüdəcəyik”.

Müttəfiqlərin bəyanatında daha sonra deyilir: “Jurnalistləri təhdid etmək, onlara qarşı hücumlar və qətllər heç bir vəchlə qəbul edilə bilməz və bu, xalqlarımız üçün olduqca əhəmiyyətlidir”. Üç ölkə vurğulayır ki, Səudiyyə Ərəbistanı ilə “münasibətlərin keyfiyyəti və əhəmiyyəti” bütün ölkələrin “beynəlxalq hüquqa müvafiq olaraq” üzərlərinə götürdükləri norma və dəyərlərə hörmətlə yanaşmasından asılıdır.

Bundan əvvəl Səudiyyə Ərəbistanı təxminən 3 həftəlik susqunluqdan sonra etiraf edib ki, Camal Xaşuqci bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilib. Bazar günü Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr jurnalistin qətlini “dəhşətli səhv” adlandırıb. Onun sözlərinə görə, Kral Salman təqsirkarların məsuliyyətə cəlb olunmasında qətiyyətlidir. Nazir, həmçinin bildirib ki, hökumətin və kral ailəsi üzvlərinin bu cinayətlə heç bir əlaqəsi yoxdur.