«Iran Air» aviaşirkəti Avropa istehsalı olan 40 ədəd «ATR-72» təyyarəsi alır.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Singapore Airshow 2016» aviasalonundan məlumat verilib.
Yaxın günlərdə tərəflər arasında bununla bağlı müqavilə imzalanacaq.
Razılaşmada Fransa və İtaliyanın xüsusi rol oynadığı bildirilir.
Uzun müddət Qərbin sanksiyaları altında olan «İran Air» təyyarələrini yeniləyir. Ötən ay ölkə 118 «Airbus» sifariş vermişdi.