XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 15:35

Rus hakerlər Obamanın məktublarını oxuyublar

Araşdırmalar davam edir

2014-cü ildə Ağ Evin kompüter sisteminə girmiş hakerlər ABŞ prezidenti Barak Obamanın məktublarına giriş əldə ediblər.

Strateq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Coş Ernst əvvəllər bu məlumatı şərh etməkdən imtina edib. Onun sözlərinə görə, haker hücumu həqiqətən də olub, lakin bunun dalında məhz kimin durduğu məlum deyil.

Bununla belə, Amerika KİV hesab edir ki, əməliyyatı rus hakerlər həyata keçirib.

Bir sıra məxfi xidmətlərin – FTB və ABŞ Məxfi Xidmətinin (dövlətin birinci şəxslərini qorumaqla məşğuldur) iştirakı ilə araşdırmalar indiyədək davam edir.