XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2018 - 18:51

ABŞ Mərkəzi Amerika regionunun yoxsul ölkələrinə yardımı məhdudlaşdıracaq” –Trampdan bəyanat + VİDEO

ABŞ Mərkəzi Amerika regionunun Honduras, Qvatemala və Salvador kimi yoxsul ölkələrinə yardımı məhdudlaşdıracaq və ya dayandıracaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də yazıb.

“Qvatemala, Honduras və Salvador ölkələrini tərk edən və ABŞ-a qeyri-qanuni yolla gələn insanların qarşısını ala bilməyib. İndi biz onlara, adətən, göstərdiyimiz yardımı dayandıracaq və ya əhəmiyyətli dərəcədə azaldacağıq”, – Prezidentin bəyanatında deyilir.

ABŞ Prezidentinin yeni bəyanatına Birləşmiş Ştatlara daxil olmaq istəyən Hondurasdan olan qaçqın karvanı ilə bağlı yaranmış vəziyyət səbəb olub. Honduraslı miqrantların karvanı Meksika ilə Qvatemala sərhədindədir. Qvatemala Prezidenti Cimmi Moralesin qiymətləndirməsinə görə, qaçqın karvanında 4,5-5 min adam toplanıb. Onlardan bəziləri oktyabrın 19-da sərhəddə maneələri zorla aşmağa cəhd göstərib. Bir neçə Meksika polisi xəsarət alıb.

D.Tramp artıq sərhədçilərə və hərbçilərə bu vəziyyəti fövqəladə hal kimi qiymətləndirməyi tapşırdığını bəyan edib/Report.