Afinada 10 nəfər maskalı şəxs Kanada səfirliyinə hücum edərək pəncərələri sındırıb, binanın içərisinə boya ilə dolu şüşələr atıblar və hadisə yerindən uzaqlaşıblar.
AZƏRTAC xəbər verir ki, polis dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Şübhəli şəxs qismində hələlik heç kim saxlanılmayıb.
Qeyd edək ki, son zamanlar Yunanıstan paytaxtında buna bənzər hadisələrin törədilməsində məsuliyyəti “Rubikon” anarxistlər qrupu öz üzərinə götürüb.