XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2018 - 16:13

Paşinyan nazirliklərin sayını azaldır –Dövlət qurumları ya ləğv olunacaq, ya da birləşdiriləcək

Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq.

Yerli “Hraparak” nəşri yazır ki, bunu hökumətdəki mənbə bildirib.

Məlumata görə, oxşar funksiyaya malik nazirliklər birləşdiriləcək. Əmək və sosial məsələlər, səhiyyə, idman və gənclərlə iş üzrə və mədəniyyət nazirliklərinin birləşdiriməsi, yaxud ləğv ediləcəyi gözlənilir. Diasporla İş üzrə Nazirlik isə bundan sonra Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Bundan başqa güc nazirliklərinin sayının da azaldılacağı gözlənilir.

Qeyd edək ki, hazırda Ermənistanda 18 nazirlik var.