XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 16:27

Paşinyan baş nazirliyə namizədliyini irəli sürdü –Başqa fraksiyalardan iddiaçı olmayıb

Ermənistan parlamentindəki “Yelk” siyasi alyansı baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın bu posta namizədliyini irəli sürüb.

Parlamentdəki fraksiyalar oktyabrın 23-dək namizədlərini təqdim etməlidirlər. Digər fraksiyalar namizəd verməyəcəklərini bildiriblər. Oktyabrın 24-də baş nazirlə bağlı səsvermənin birinci raundu keçirilməlidir.

Paşinyan oktyabrın 16-da baş nazir postundan istefa verdiyini açıqlayıb. Məqsəd parlamenti buraxmaq, növbədənkənar seçkilərə nail olmaqdır. Ermənistan konstitusiyasına görə, baş nazir istefa verəndən iki həftə sonra parlament bu vəzifəyə heç kəsi seçə bilmirsə, növbədənkənar seçki təyin olunur.

Seçki 30 gündən tez, yaxud 45 gündən gec keçirilməməlidir, yəni bu zaman səsvermə təxminən dekabrın birinci yarısına düşür. Paşinyanın partiyası ötən ay Yerevanda mer seçkisində qələbə çalıb. Bundan sonra o, parlamentdə çoxluğa sahib siyasi opponentlərindən canını qurtarmaqdan ötrü erkən seçki keçirməyə çağırıb.

Vaxtilə müxalifətdən deputat olmuş Pashinyan mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sələfi, Respublikaçı Partiyasından Serj Sarkisyan aprelin 23-də istefaya məcbur olub.