XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 20:17

Putin “Əgər Tramp maraqlı olarsa, Parisdə görüşə bilərik” dedi,Bolton müsbət cavab verdi

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib. 

TASS xəbər verir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək.

V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: “Təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa”. 

C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: “Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər”.

Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib/Report.