XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 09:22

Nazarbayev rus kəndlərini ləğv edir –Qazaxıstanda etniklərin yaşadığı sərhədyanı məntəqələr boşaldılır

 

Qazaxıstan hökuməti bildirir ki, ölkənin Rusiya ilə həmsərhəd vilayətində əhalisizləşmiş kəndlər ləğv ediləcək və onların sakinləri daha böyük şəhərlərə köçürüləcək.

Əmək və sosial təminat naziri Madina Abylqasımova ölkənin şimal bölgəsinə səfəri zamanı deyib ki, cəmi 10 və daha az adamın yaşadığı 38 kənd ləğv olunacaq və yerdə qalan sakinlər ərazidə daha inkişaf etmiş şəhər və kəndlərə köçürüləcək. Bu kəndlərin sakinlərinin böyük əksəriyyəti etnik ruslar olub.

Nazir bildirib ki, bu tədbir yeni iş yerləri yaradacaq, lakin o bunun necə baş verəcəyini xırdalamayıb.

“Daha çox adam rayon mərkəzlərində və iri məntəqələrdə yaşayır və orada çox sayda iş yerləri olacaq, kiçik və orta biznes üçün şərait yaradılacaq”. Abylqasımova deyib ki, hökumət büdcədən yalnız inkişaf etmiş infrastrukturlara və iqtisadi perspektivi olan əhali mərkəzlərinə vəsait ayıracaq. Ş

imali Qazaxıstan Rusiyanın Kurqan, Omsk və Tyumen regionları ilə həmsərhəddir. Bu bölgədəki 600 minlik əhalinin yalnız 35 faizini etnik qazaxlar, qalan 60 faizini isə etnik ruslar, ukraynalılar, polyaklar və almanlar təşkil edir.

Sövet İttifaqı çökəndə Şimali Qazaxıstan əhalisinin yalnız 22 faizi etnik qazaxlar idi. SSRİ çökəndən sonra regiondakıların əksəriyyəti əsasən Rusiya və Almaniyaya köçüb. Burada yaşayan qazaxlar isə Astana da daxil Akmola regionunun başqa şəhərlərinə köç ediblər.

Prezident Nursultan Nazarbayev 1997-ci ildə ölkənin paytaxtını Almatıdan Astanaya köçürüb.

(Azadlıq radiosu)