Nobel mükafatını qazanmış 29 alim Böyük Britaniyanın Baş naziri Tereza Mey və Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerə məktub yazıblar.
AZƏRTAC “cnn.com” saytına istinadla xəbər verir ki, alimlər “Brexit”in Britaniya elminə mənfi təsir göstərəcəyini düşünürlər. Belə ki, Avropanın ən böyük biotibbi tədqiqat mərkəzi olan Frensis Krik İnstitutunun keçirdiyi rəy sorğusunda işçi heyətin 97 faizi “Brexit”in Britaniya elminə mənfi təsir edəcəyinə səs verib.
Təhsil naziri Sem Gima isə Britaniya hökuməti ilə Avropa İttifaqı arasında heç bir razılıq əldə olunmasa, Avropa ölkələri ilə əməkdaşlığın qorunması üçün hazırlıq görüləcəyini bildirib. O deyib: “Razılaşma və yaxud hər hansı müqavilə əldə edilməsə, başqa planlarımız var və buna görə də İngiltərə elmində heç bir boşluq yarana bilməz”.