XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 15:22

Rusiya neft istehsalını artırır- Açıqlama

Rusiyanın gündəlik neft hasilatı bu ay ötən ilin oktyabrına nisbətən 150 min barrel artıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə müsahibəsində deyib.

Nazir Rusiyanın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə imzalanan sazişə görə neft istehsalını yenidən artırdığını bildirib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Həmin sazişə əsasən, Rusiya gündəlik neft hasilatını 300 min barrelədək azaldıb.

Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir. Bu müqavilə üzrə isə Rusiya neft hasilatını sutkada 200 min barrel artıracağını bəyan edib. Ölkənin neft istehsalı oktyabrda gündəlik 11,36 milyon barrelə çatıb.