XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2018 - 18:03

Moldovada 10 məmur barəsində cinayət işi açılıb- Korrupsiya faktına görə

Moldovanın Antikorrupsiya Prokurorluğunun əməkdaşları korrupsiya və rüşvətdə ittiham olunan 10 məmur barəsində cinayət işi açıb.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, onlardan 5-i hakimdir. 3-ü Apelyasiya Palatasının, 2-si isə Kişineu mərkəzi Məhkəməsinin hakimləridir. Saxlanılanlar arasında, həmçinin prokuror, vəkil də var.

Antikorrupsiya Prokurorluğu hakimlərin rüşvət aldıqları anın videosunu da yayıb.