XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 18:38

Çin şirkətləri İran neftini almaqdan imtina ediblər- ABŞ-ın sanksiyalarına görə

Çinin “Sinopec” və CNPC şirkətləri ABŞ-ın sanksiyalarını pozmaqdan çəkinərək İran neftini almaqdan imtina ediblər.

“Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, mənbə Çin şirkətlərinə sanksiyalara görə icazə verilib-verilməyəcəyinin hələlik məlum olmadığını və bu səbəbdən də noyabr ayında neft alaraq risk etmək istəyən olmadığını bildirib.

Xatırladaq ki, may ayında ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvi müqabilində İran nüvə proqramının məhdudlaşdırılmasına dair imzalanmış Əhatəli Razılaşma Planı adlı sənəddən birtərəfli qaydada çıxdıqlarını açıqlamışdı. Həmçinin ABŞ noyabrın 4-dən İranın neft ixracatına qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildirmişdi.