XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 18:44

Klintonun evinə içində partlayıcı olan bağlama göndərilib- Araşdırma aparılır

ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun yaşadığı evə içində partlayıcı olan bağlama göndərilib.

“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, bu, oktyabrın 22-də amerikalı məşhur milyader Corc Sorosa göndərilən bağlamanın oxşarı olub.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Corc Sorosun Nyu-Yorkdakı evinin yaxınlığında partlayıcı aşkar edilmişdi.