XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 20:56

Bolqarıstan təhlükəli PKK terrorçusunu Türkiyəyə təhvil verib- FOTO

Türkiyənin təhlükəsizlik orqanları tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu Bolqarıstan ərazisində ələ keçib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, “Haki Sedat” ləqəbli Hakkı Görən Bolqarıstan polisi tərəfindən saxlanılıb. Terrorçu Kapukule gömrük-keçid məntəqəsində Türkiyə tərəfinə təhvil verilib. Bildirilir ki, o, Bolqarıstan ərazisinə qaçaq yolla keçib. Terrorçu Bolqarıstan ərazisindən Fransaya getmək niyyətində olub. Polis onun üzərindən 2000 avro aşkar edib.

Qeyd edilir ki, bu terrorçu 2002-2010 illərdə PKK/KCK terror təşkilatlarının bir sıra toplantı və terror aktlarında iştirak edib. 2014-cü ildə PKK/KCK/PYD və YPG terror təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə çalışıb. Son bir ildə isə yaralı və şikəst terrorçuların Avropaya keçməsi işlərində vasitəçilik edib.