XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2018 - 21:52

Düşənbədə kasıb və ehtiyacı olanlar üçünpulsuz nahar və dərman vasitələri veriləcək

Düşənbədəki Müqəddəs Nikol kafedral kilsəsi kasıb və ehtiyacı olan Tacikistan vətəndaşlarına pulsuz nahar və dərman vasitələrinin verilməsinə başlayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bunun üçün xüsusi yer ayrılıb. Bununla belə, yeməkxanaya gələ bilməyənlər üçün isə ərzaq payı göndərilir.

Uşaqlı qadınlar, aztəminatlı ailələr, tənha pensiyaçılar, əlillər hər gün bu yeməkxanada nahar edə biləcəklər.