XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 11:42

“Biz ”S-400”lə bağlı qərarı məcburiyyət qarşısında qəbul etmişik” –Hulusi Akar

““S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılcaq”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəlində Türkiyə müdafiə sistemi kompleksi ilə bağlı təlimatlanmaq üçün Rusiyaya heyət göndərəcək: “Hazirda heyətin seçilməsi mərhələsindəyik”.

Nazir vurğulayıb ki, “S-400”lə bağlı NATO və ABŞ-ın narahatlğı yersizdir: “Biz ”S-400”lə bağlı qərarı seçimə görə deyil, məcburiyyət qarşısında qəbul etmişik”.

H.Akar deyib ki, ABŞ “F-35” döyüş təyyarələrini 2019-cu ilin martında Türkiyəyə tədarük edəcək.

Qeyd edək ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlər müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq, “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.

Report