XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 14:22

“Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil” –Nazarbayevdən məmurlara xəbərdarlıq

nazarb esas

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatı şəhərinin akimatına şəhərin 1000 illiyi ilə bağlı şənlik təşkil etməyi tapşırıb. 

Aznews.az yerli mediaya istinadən xəbər verir ki, prezident şənliyin təmtəraqdan uzaq, lakin vətəndaşların xeyrinə təşkil edilməsini tapşırıb. 

“Almatının bayramını elə keçirmək lazımdır ki, almatılılar hiss etsinlər. Məhəllələrin təmizlənməsi, fəvvarələrin, suvarma sistemlərinin bərpası üçün iş elan edin ki, hər bir sakin hiss etsin”, – deyə o, bildirib. 

Nazarbayev işi tapşırdığı şəxsə öz atmacasından da geri qalmayıb:

“Vəsait pis vəziyyətdə olan bütün yolların yaxşılaşdırılmasına ayrılmalıdır. Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil”.