XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2018 - 09:49

Poroşenko sabiq prezidentləri topladı –Ukrayna prezidenti məsləhət aldı, orden verdi

Ukraynanın dövlət başçısı Petro Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko ilə ölkənin inkişaf perspektivlərini müzakirə edib.

Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, P.Poroşenko hər üç prezidentin müxtəlif illərdə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Müzakirələrdən sonra P.Poroşenko sabiq prezidentləri “Ukraynanın 25 illik müstəqilliyi” yubiley medalı ilə təltif edib.