XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2016 - 14:37

OPEC və Rusiya neftlə bağlı razılığa gəldi- Qərar

14556177871379062428_1000x669

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə Rusiya xam neft hasilatının stabil saxlanılması ilə bağlı razılığa gəliblər.

Azertag.az  bloomberght.com-a istinadla xəbər verir ki, bu barədə razılıq Qətərin paytaxtı Dohada keçirilən OPEC-ə üzv bəzi ölkələrin və Rusiyanın enerji nazirlərinin görüşündə əldə olunub.

Dünyanın iki ən böyük neft istehsalçısı olan ölkələrin – Səudiyyə Ərəbistanının Neft naziri Əli ibn İbrahim ən-Nuaymi və Rusiyanın Energetika naziri Aleksandr Novak hasilatı yanvarın 11-də razılaşdırılan səviyyədə saxlamaq barədə qərar qəbul ediblər.

Qətərin Energetika naziri Məhəmməd Saleh əl Səda deyib:

“Neft qiymətinin ucuzlaşmasının dünya üçün müsbət təsiri olmadı. OPEC və Rusiya müvəffəqiyyətli bir toplantı keçirdi”.