XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 10:33

“Ərdoğan şahzadəni ABŞ-ın köməyi ilə zəiflətmək istəyir” –Dövlət Departamentinin sabiq rəsmisi

“Məncə, kral Salman 2017-ci ildə Məhəmməd Bin Salmanı varisi təyin edəndən Ərdoğan heç vaxt ona inanmayıb”.

Strateq.az xəbər verir ki, bunu “Brookings”-ə müsahibəsində Dövlət Departamentinin sabiq rəsmisi, hazırda “Brukinqs” beyin mərkəzinin ABŞ və Avropa Xarici Siyasəti üzrə baş elmi işçisi Amanda Slout deyib.

“İndi gördüklərimiz bölgədə güc balansı mübarizəsidir. Ərdoğan səylərini MBS olaraq bilinən Məhəmməd bin Salmana qarşı yönəldib. Qərb onun islahatçı obrazını yaratmağa başladığı zaman MBS repressiyaları davam etdirirdi. Onun 33 yaşı var, yəni o, bir neçə onilliklər ərzində hakimiyyətdə olacaq. Məncə, Ərdoğan daima onu Türkiyənin regional maraqları üçün naqolay şəxs hesab edib. Buna görə də, Ərdoğan MBS-ə maksimum ziyan vurmağı davam etdirir”.

Sloutun sözlərinə görə, ideal vəziyyətdə Türkiyə prezidenti MBS-in səlahiyyətlərinin alınması və ya ən azı onu zəiflətmək istəyir. “Ərdoğan, əlbəttə ki, Türkiyənin bu işi təkbaşına edə bilməyəcəyini bilir və bunu ABŞ-ın köməyi ilə etmək niyyətindədir”.