XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 11:28

General Əsiri şahzadənin tapşırığı ilə ABŞ-da olub –Tramp komandası ilə məxfi görüşlər

Camal Xaşuqci cinayəti ilə bağlı vəzifəsindən kənarlaşdırılan general Əhməd əl-Əsiri Trampın andiçmə mərasimindən əvvəl sabiq təhlükəsizlik müşaviri Maykl Flinn və Tramp komandasının digər üzvləri ilə görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə “The Daily Beast” məlumat verib.

Nəşrin yazdığına görə, 2017-ci ilin yanvarında varis şahzadə Məhəmməd Bin Salmanın göstərişi ilə Səudiyyə kəşfiyyatının rəhbəri ABŞ-a yollanıb və İrana müqavimət mövzusundaTrampın gələcək administrasiyasında təmsil olnacaq şəxslərlə gizli görüşlər keçirib.

Nyu-Yorkda baş tutan görüşlər Livan-amerikan mənşəli biznesmen Corc Nadirin dəstəyi ilə həyata keçirilib. Görüşlərdə israilli strateq Coel Zamel və Trampın “sağ əli” Stiv Bennon da iştirak edib.

Qapalı məclisdə İranda mövcud rejimin devrilməsinə dair planlar müzakirə olunub.