XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2018 - 11:23

ABŞ “Hizbullahı” qanundankənar elan etdi –Tramp qanun imzaladı

 ABŞ Prezidenti Donald Tramp Hizbullahı dəstəkləyənlərə qarşı sanksiyaların tətbiqi haqqında qanunu imzalayıb.

Bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

“Bu qanun Hizbullahı beynəlxalq maliyyə sistemindən təcrid edəcək və onun maliyyələşməsini azaldacaq. Bu sanksiyalar xarici fiziki şəxslərə və Hizbullahın dəstəklədiyi hökumət strukturlarına və onunla əlaqəli şəbəkələrə qarşı yönəlib”, – deyə sənəddə bildirilib.

Qeyd edək ki, Hizbullah 1982-ci ildə Livanda yaradılıb. Qruplaşmanın yaradılmasına əsas dəstəyi İran İslam İnqilabı Keşikçiləri Korpusu göstərib. Bu təşkilat İrandakı Hizbullah təşkilatının filialı olaraq yaradılıb. Hizbullah ABŞ, Kanada, Misir, İsrail, Avstraliya, Ərəb Ölkələri Liqası, Fars körfəzi ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb.