XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 12:35

Müdafiə naziri açıqladı –Əfqanıstanda silahlıların sayı 50 mini keçir

Hazırda Əfqanıstan ərazisində 21 qanunsuz təşkilat mövcuddur, silahlıların sayı isə 50 mini keçir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın müdafiə naziri Hilaluddin Hilal Pekində keçirilən təhlükəsizlik məsələləri üzrə beynəlxalq Syanşan forumunda məlumat verib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən ən böyük qruplaşma “Taliban” hərəkatıdır. Onun sıralarında təxminən 38 min silahlı var. Digər iri silahlı qrup olan “Hakkani şəbəkəsi” isə 11 min döyüşçüyə malikdir. Ölkədə, həmçinin 2 min üzvü olan İŞİD qruplaşması da fəaliyyət göstərir. Bəzi ölkələr İŞİD qruplaşmasının güclənməsindən ehtiyat edərək taliblərə dəstək verir.

Qeyd edək ki, oktyabrın 26-da təhlükəsizlik məsələləri üzrə VIII Syanşan forumu öz işinə başlayıb. Tədbirin təşkilatçısı Çin Xalq Respublikası Müdafiə Nazirliyi, həmçinin Hərb Elmləri Assosiasiyası və Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutudur. Forumda 79 ölkənin müdafiə qurumlarının, silahlı qüvvələrinin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin keçmiş hərbçilər, siyasi və elm xadimləri iştirak edirlər.