XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 14:03

Bolton Gürcüstandadır –Güc nazirlikləri ilə görüşüb

 Tbilisidə səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 26-da Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Georgi Qaxariya və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyində keçən görüşdə təhlükəsizlik çağırışları, regional təhlükəsizlik, Gürcüstanın təhlükəsizliyi, ərazi bütövlüyü, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və s. məsələlər diqqət mərkəzində olub.

Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığa dair əlaqələndirmə orqanının yaradılması məsələsini də nəzərdən keçiriblər.