XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 14:17

Səudiyyə Ərəbistanının baş prokuroru Türkiyəyə gəlir –Xaşuqcinin qətlinə görə   

 Səudiyyə Ərəbistanının baş prokuroru bazar günü –  oktyabrın 28-də Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Xaşucinin öldürülməsi ilə bağlı cinayət işindən danışarkən deyib.

“18 nəfərin Türkiyəyə gəlməsinin təlimatını kim verib? Xaşucini öldürənləri Səudiyyə Ərəbistanının rəsmi vəzifəlisi açıqlayacaq. Əlimizdə çoxlu sübutlar var. Vaxtı gələndə hamısını deyəcəyik. Dedilər ki, 18 nəfəri tutmuşuq. Onlara dedim ki, siz danışdırmağı bilirsiniz. Baş verənlər onların iştirakı ilə olub. Onları danışdıra bilmirsinizsə, hadisə İstanbulda olub, həmin adamları bizə təslim edin, mühakimə edək”, – o vurğulayıb.