XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2018 - 17:34

Tramp ABŞ-a yaxınlaşan mühacir karvanına qarşı ordu göndərir –Üç ölkəyə ABŞ-ın yardımları kəsiləcək

Mərkəzi Amerikadan mühacir karvanı Meksikanın şimal sərhədinə yaxınlaşdığı bir vaxt ABŞ prezidenti Donald Tramp onların Birləşmiş Ştatlara daxil olma arzusunu fövqəladə vəziyyət adlandırıb.

2000-dən çox üzvü olan Milli Qvardiya artıq əraziyə səfərbər edilib. Tramp karvanın ABŞ-a daxil olmasının qarşısını almaq məqsədi ilə sərhədə hərbi qoşun göndərəcəyi ilə də hədələyir.

Prezident həmçinin, cümə axşamı “Tviter”-də mühacir karvanının öz ölkələrinə qayıdaraq milyonlarla digərləri kimi vətəndaşlığa müraciət etmələrini məsləhət görüb.

Tramp həmçinin, vətəndaşlarının ABŞ-a departasiya etmələrinin qarşısını almadıqlarına görə Honduras, El Salvador və Qatemalaya yardımı ya tamamilə kəsməyə ya da azaltmağa başlayacağını deyib.