XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 19:30

Fransa iranlı diplomatı qovub –Terror ittihamı ilə

Fransa iranlı diplomatı “persona non-qrata” elan edib.

Strateq. az “Reuters”ə istinadla xəbər verir ki, o, iyunun 30-da Parisdə radikal İran müxalifətinin – “Mücahidine Xəlq” kimi tanınan “İran Milli Müqavimət Şurası”nın keçirdiyi mitinqdə partlayış planlaşdırmaya rəhbərlik etməkdə ittiham olunub.

Fransa XİN-in bəyanatında  diplomatla əlbir olmuş iki kəşfiyyatçının da bu cəhddə əli olduğu iddia edilir.

Parisdəki İran səfirliyi bu məsələ ilə bağlı açıqlama verməyi rədd edib.

Prezident Emmanuel Makronun dəftərxanası da şərhdən yayınıb.