XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 23:20

Merkel:“Bu cinayət açılmayanadək Səudiyyə Ərəbistanına silah satılmayacaq”

 “Camal Xaşuqcinin öldürülməsi ilə bağlı cinayət aydınlaşanadək Səudiyyə Ərəbistanına silah satılmaycaq”.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel bildirib.

Qeyd edək ki, C.Xaşuqci oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Xaşuqcinin ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Xaşuqcinin ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.