Nepalda zəlzələ 2500-ədək insanın həyatına son qoyub
Güclü zəlzələnin doğurduğu qar uçqunu nəticəsində Everestdə 65 alpinist həlak olub.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, daha minə yaxın adam yamacdakı baza düşərgəsində qalıb. Sağ qalanları xilas etməkdən ötrü dünən ora xilas helikopteri yaxınlaşıb, lakin pis hava şəraiti üzündən əməliyyat çətinləşir.
Aprelin 25-də Everestdə qar uçqunu altında qalmış 18 alpinist cəsədi aşkarlanıb.
Məlumatlara görə, Nepalda baş vermiş zəlzələ 2500-ədək insanın həyatına son qoyub.