XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 13:06

Tramp seçkilərdə qələbəsini Rusiya üçünən pis variant adlandırıb

Donald Tramp düşünür ki, onun Birləşmiş Ştatlar prezidenti seçilməsi Rusiya üçün əsla sərfəli deyil.

AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.

“Seçkilərdə mənim qələbə qazanmağım Rusiyanın başına gələn ən pis hadisədir”, – deyə Donald Tramp Şimali Karolina ştatında çıxışı zamanı vurğulayıb.

Bununla yanaşı, o, Rusiya ilə münasibətləri yoluna qoymağın zəruriliyini də bildirib. “Eyni zamanda, Rusiya və Çin, həmçinin Şimali və Cənubi Koreya, habelə Yaponiya ilə əməkdaşlıq yaxşıdır”, – deyə ABŞ lideri əlavə edib.

Hazırda ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşları xüsusi prokuror Robert Müllerin rəhbərliyi ilə Donald Trampın seçki qərargahı və Rusiya nümayəndələri arasında gizli sövdələşmənin olub-olmaması faktını müəyyən etmək üçün təhqiqat aparırlar.