XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 15:24

Türkiyədə 39 vilayətin valisi dəyişib- Ankara və İstanbul da daxil olmaqla

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki 81 vilayətdən 39-na, o cümlədən Ankara və İstanbula yeni valilər təyin edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə müvafiq fərman şənbə günü “Rəsmi qəzet”də dərc olunub.

Fərmana əsasən, İstanbul valisi Vasip Şahin Ankaraya, Qaziantep valisi Əli Yerlikaya isə İstanbula təyinat alıb. O cümlədən 20 vilayətə yeni valilər, 18 vilayətə digər vilayətlərdən, 1 vilayətə isə mərkəzi valilikdən valilər təyin olunub.

Valisi dəyişən 39 vilayətdən 13-ü böyükşəhər statusludur.