XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 14:03

Baş nazir:"Türkiyə Prezidentinin siyasəti nəticəsində qanunsuz miqrasiyanın yayılmasının qarşısı alındı"

Bolqarıstan “Balkan marşrutu” üzrə hərəkət edən qanunsuz miqrantlarla üzləşdiyi problemi həll edə bilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Baş naziri Boyko Borisov jurnalistlərə müsahibədə bildirib.

Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətin, Brüssellə Ankara arasında 2015-ci ildə imzalanmış sazişin nəticəsində heç bir qeyri-qanuni miqrantın son bir ildə sərhədləri keçmədiyini vurğulayıb.

Bolqarıstanın qeyri-qanuni miqrasiyanın qarşısını aldığını deyən B.Borisov ölkəsinin xüsusi coğrafi ərazidə yerləşdiyini və Avropa İttifaqının cənub sərhədi olduğunu qeyd edib.

Qeyd edək ki, 2015-ci ildə Türkiyə ilə Avropa İttifaqı arasında miqrantlarla bağlı saziş imzalanıb. Sazişə əsasən, Türkiyə onların saxlanması üçün nəzərdə tutulan maliyyə yardımı, Türkiyə ilə viza rejiminin ləğv edilməsi və Türkiyənin tezliklə Avropa İttifaqına qəbul edilməsi müqabilində sərhədlərini Aİ-yə üz tutan qeyri-qanuni miqrantlara bağladı.