XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2018 - 15:55

Türkiyə ilə Rusiyanın müdafiə nazirləri müzakirə aparıblar- Suriyadakı vəziyyətlə bağlı

Türkiyə ilə Rusiyanın müdafiə nazirləri Hülusi Akar ilə Sergey Şoyqu Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbulda keçirilən danışıqlarda İdlibdəki vəziyyət və bölgədə təhlükəsizliyin təmin olunması məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa prezidentləri Rəcəb Tayib Ərdoğan, Vladimir Putin, Emanuel Makron və Almaniya kansleri Angela Merkel Suriya böhranına dair zirvə görüşü keçirəcəklər.

Görüşdə BMT Baş katibinin Suriya xüsusi elçisi Stafan de Misturanın da iştirakı gözlənilir.