XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 17:16

Dünyada 2158 milyarderin ümumi sərvəti 9 trilyon dollara yaxındır- Hesabat

Ötən il dünyanın 2158 milyarderinin ümumi sərvəti 8,9 trilyon ABŞ dollarına bərabər olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə İsveçrənin “UBS” bankının və “PwC” beynəlxalq xidmətlər şəbəkəsinin birgə hesabatında qeyd olunur.

Hesabatda bildirilir ki, 2017-ci ildə Asiya qitəsində milyarderlərin sayı təxminən 25 faiz artaraq 637 nəfərə çatıb. İlk dəfə olaraq Asiya qitəsi milyarderlərin sayına görə ABŞ-ı (563 nəfər) ötüb. Ötən il Avropada 342 milyarder qeydə alınıb. Bununla belə, ABŞ-da yaşayan milyarderlər sərvətlərinin ümumi məbləğinə görə ilk sıradadırlar. Başqa sözlə, ən zəngin insanlar Birləşmiş Ştatlarda yaşayır.

Hesabata əsasən, keçən il Çində 55 nəfərin, ABŞ-da isə 53 nəfərin varidatı artıb və onlar milyarderlər siyahısına daxil olublar.