XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 17:49

Mərakeşdə gəmi qəzası:azı 20 nəfər itkin düşüb

İçərisində 24 mərakeşli miqrantın olduğu İspaniyaya üzən kiçik gəmi Nador (Mərakeşin şimal-şərqi) yaxınlığındakı sularda batıb.

AZƏRTAC xəbər verir ki, cəmi 4 adam xilas edilib. Regionun balıqçılıq sektorundan olan bəzi mənbələrin bildirdiyinə görə, hava ilə doldurulan qayıqların batmasından sonra sağ qalan 4 nəfəri bu rayonda balıq ovu ilə məşğul olan iki balıqçı gəmisi xilas edib.

İspaniyanın Kral Donanması bu həftə ərzində Alboran dənizi, körfəz və Atlantika sularında 500-dən artıq insanı ölümdən qurtarıb.